13 sentyabr 2011 13:03
Hakimi təhqir edən futbolçuya 4 oyunluq cəza!
Bu gün keçirilən AFFA İntizam Komitəsinin iclasında Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən ölkə çempionatın, eləcə də birinci divizionun son turunda qeydə alınan qanun pozuntularına da hüquqi qiymət verilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar qeydə alınıb:
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin 5-ci turunun “Xəzər Lənkəran” – “Neftçi” matçında “Neftçi”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. Oyunun 68-ci dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Elvin Mirzəliyev kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün klubu 100 manat cərimə olunub.
Azərbaycan birinci divizionunun 1-ci turunun “Şuşa” – “Tərəqqi” matçında “Tərəqqi”nin 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“Karvan” – MOİK matçının 23-cü dəqiqəsində MOİK-in futbolçusu Comərd Baxşəliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klubu 400 manat cərimə olnub. Oyunun 34-cü dəqiqəsində “Karvan”ın futbolçusu Amil Orucov sonuncu ümid görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olnub.
“MKT Araz” – “Şəmkir” matçında “MKT Araz”ın 5 futbolçusu, “Şəmkir”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 100 manat cərimə olunub. Oyunun 90+4-cü dəqiqəsində “MKT Araz”ın futbolçusu Samir Babayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Şahdağ” – “Muğan” matçında “Şahdağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“Neftçala” – “Qaradağ Lökbatan” matçında “Neftçala” klubunun 7 futbolçusu, “Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 100 manat cərimə olunub.
