13 sentyabr 2011 13:47
Maradona Mourinyonu ən yaxşı adlandırdı
Argentina futbolunun əfsanəsi və hazırda karyerasını Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Vasl" klubunda davam etdirən Maradona növbəti maraqlı açıqlama ilə diqqət çəkib. Azerisport.az xəbər verir ki, o, İspaniyanın "Real" klubunun portuqaliyalı çalışdırıcısı Joze Mourinyonu dünyanın ən yaxşı məşqçisi adlandırıb:
"Real"ın hər oyunundan sonra Mourinyonun dünyanın ən yaxşı məşqçisi olduğunu anlayıram. Onun gəlişindən sonra "Real" fərqli oyun nümayiş etdirir.
Bu mövsüm "Real"ın Çempionlar Liqasını qazanacağına inanıram. Ancaq bu yolda "Real"ı olduqca çətin rəqiblər gözləyir. Bununla belə, Mourinyo bir daha dünyanın ən yaxşı məqşçilərindən biri olduğunu sübut edəcək".
