13 sentyabr 2011 14:03
Aleksandr Səmədov: AFFA rəhbərliyi mövqeyimi yaxşı başa düşür
Moskvanın “Dinamo” klubunun futbolçusu Aleksandr Səmədov Azərbaycan millisinə gəlmək perspektivi ilə bağlı daha bir açıqlama verib. Azerisport.az xəbər verir ki, əslən azərbaycanlı olan futbolçu Rusiya mətbuatına müsahibəsində bunları dilə gətirib:
“Şübhəsiz ki, gələn il Polşa və Ukraynada keçiriləcək Avropa çempionatının final mərhələsində mən də iştirak etmək istəyirəm. Ora getmək və həmin yarışda layiqincə çıxış etmək arzusundayam. Amma əvvəllər söylədiyim kimi, indi bütün diqqətimi “Dinamo”ya yönəltmişəm. Mən öz klubumda yaxşı oynamaqdan başqa nə edə bilərəm ki? Hər şey özümdən asılıdı. Çox yaxşı başa düşürəm ki, ümid var”.

Səmədov “Sizi Azərbaycan milli komandasında oynamağa neçə dəfə dəvət ediblər” sualına isə belə cavab verib: “Eh, o qədər… Ən son bu yaxınlarda. Amma federasiyanın (AFFA-nı nəzərdə tutur) rəhbərliyi mənim mövqeyimi yaxşı başa düşür. Ona görə də mən indi heç bir addım atmıram. Mən Rusiya millisində oynamaq üçün çalışıram. Bunun üçün nə qədər gözləyəcəyimi demək çətindi. Ümümiyyətlə, bu haqda proqnoz vermək doğrudurmu? Məna görmürəm. Ən əsası, Avropa çempionatının final mərhələsində oynamağa inanmaqdı. Təbii ki, Rusiya millisinin heyətində”.