13 sentyabr 2011 14:12

Sergey Yuran: Əgər onların damarında azərbaycanlı qanı axırsa...

“Simurq”un baş məşqçisi Sergey Yuran azerisport.az saytına müsahibəsində komandasının çıxışını dəyərləndirib, Azərbaycan və Rusiya yığmalarının DÇ-2014-ün seçmə mərhələsində eyni qrupa düşməsindən danışıb, eləcə də Aleksandr Səmədovla Emin Mahmudovun millimizə dəvət almasına toxunub.
 
- Hesab etmirsiz ki, “İnter”lə oyunda (0:1) hücumçularınız çox dişsiz görünürdü?
- Bu, bizim iki hücumçu ilə oynadığımız ilk oyun idi. Aydındı ki, anlaşma səviyyəsi aşağı idi. Bizə daha çox işləmək lazımdı. Bu, maşın deyil ki, təkərini dəyişdirib, gedəsən. İki yüksək səviyəlli hücumçumuz var – Kristap Qrebis və Robertas Poşkus. İşləmək lazımdı. Digər mövqelərdəki oyunçularla anlaşma səviyyəsinin artmasına ehtiyac var. Müdafiə xəttimiz heç də pis qurulmayıb. Yerli futbolçular özlərini heç də pis göstərmirlər. Artıq az qol buraxmaöa başlamışıq. Adətən fərdi qaydada yol verilən kobud səhvlərdən sonra qol buraxırıq.

- Bəs nə vaxt nəticə qazanmağa başlayacaqsız?
- Bunu demək çətindi. Əlbəttə, biz çox istəyirik ki, buna nail olaq. Ama bu, elə belə baş tutmur. Bu heyətin tam oturuşması üçün minimum daha 3-4 oyuna ehtiyac var. Komandada təcrübəli oyunçular ar. Onlar bir-birinə tez öyrəşməlidilər.
 
- Çempionatın startı yəqin ki, ürəyinizcə deyil...
- Amma digər tərəfdən bizim çempionata başladığımız situasiyanı nəzərə alsaq, bu nəticəni qənaətbəxş saymaq olar. Əsas odu ki, biz fiziki cəhətdən heç bir rəqibimizdən geri qalmamışıq. AZAL-la keçirdiyimiz ilk oyun (0:3) istisna olmaqla.
 
- “Simurq” elitada qalmaq uğrunda mübarizə aparacaq?
- Biz elitada qalmaq üçün mübarizə aparmayacağıq. Qarşıda hələ bütöv mövsüm durur. Biz hələ ilk altılığa düşmək uğrunda mübarizə aparacağıq. Sadəcə, mən komplektləşmənin daha tez başa çatacağını gözləsəm də, bu, alınmadı. Bir neçə futbolçunu son anda əldə edə bildik. Əgər onları daha tez alsaydıq, hər şey tam fərqli də ola bilərdi. Amma yenə də klub rəhbərliyi sağ olsun ki, mənə lazım olan futbolçuları ala bildi.
 
- “İnter”lə oyundan sonrakı qalmaqala nə səbəb oldu?
- Bu, bütün dünyada belə qəbul olunub ki, baş məşqçilər oyundan sonra ayrı-ayrılıqda jurnalistlərin önünə çıxırlar. Baş məşqçilər eyni vaxtda jurnalistərlə görüşürsə, onda açıq danışa bilmirlər. Yəqin ki, jurnalistlərə də standart cavablar lazım deyil. Mən də gördüyümün düzgün olmadığını sübut etməyə çalışdım.

- Rusiyalı mütəxəssis kimi yığmanızın DÇ-2014-ün seçmə mərhələsində Azərbaycanla eyni qrupa düşməsinə münasibətiniz maraqlıdı...
- Mən yığmanızın Belçika və Qazaxıstanla oyunlarını görmüşəm. Nəzərə alsaq ki, Rusiya və Azərbaycan keçmiş postsovet ölkələridi, bu komandaların oyununa maraq çox böyük olacaq. Əlbəttə, Rusiya yığması səviyyəcə daha yüksəkdədi. Amma yenə də maraqlı qarşıdurma olacaq. Mən bu iki ölkənin eyni qrupda olmasına ancaq sevinə bilərəm.
 
- Rusiya klublarında çıxış edən azərbaycanlı futbolçuların – Aleksandr Səmədovla Emin Mahmudovun yığma seçimi son dövrlər hər iki ölkədə geniş müzakirə mövzusudu. Siz bu məsələ ilə bağlı nə düşünürsüz?
- Səmədov artıq çoxdan Rusiya yığması səviyyəsinə çatıb. AFFA bu futbolçuları milliyə dəvət etmək üçün daha fəal olmalıdı. Düşünmürəm ki, onlar Azərbaycan millisindən asanlıqla imtina edərlər. Onların razılığı yığmanız üçün də ciddi güclənmə ola bilər. Əgər onların damarında azərbaycanlı qanı axırsa, sizin xeyrinizə qərar qəbul etməlidilər. Rusiyada onlar üçün istənilən halda çətin olacaq. AFFA-nın bu mənada şansları daha çoxdu. Futbolçular adətən onlara daha çox oyun təcrübəsi qazandıran yeri seçir. Digər tərəfdən Azərbaycan yığmasında da artıq inkişaf hiss olunmaqdadı. Əvvəllər olsaydı, onların daha tez imtina edəcəyini düşünərdim. İndi isə elə deyil. Səmədovla Mahmudovun Azərbaycan yığmasında çıxış etməsinə çox sevinərdim.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.