13 sentyabr 2011 15:20
Amit Quluzadə Türkiyə çempionatının ən gənc futbolçusudu
Xəbər verdiyimiz kimi, Türkiyənin Bank Asya birinci liqasında 2011-2012 mövsümünə start verildi. Azerisport.az xəbər verir ki, türkiyəli həmkarlarımızın ilk turdan sonrakı hesablamarında fərqlənənlər arasında azərbaycanlı futbolçu da var.
Belə ki, sözügedən çempionatda çıxış edən ən gənc futbolçulardan biri məhz “Neftçi”nin sabiq yarımmüdafiəçisi, yığmamızın üzvü Amit Quluzadədi. “Kayseri Erciyesspor”un üzvü “Bucaspor”dan Melih Vardar, “Kartalspor”dan Ethem Ercan Pülgir ilə birgə üç ən gənc futbolçudu. Onların 18 yaşı var.
Bütövlükdə isə, Bank Asya birinci liqanın ən gənc heyətə malik komandası məhz “Kayseri Erciyesspor”un ilk turda səfərdə qarşılaşdığı “Bucaspor”du. Quluzadənin komandasının 1:1 hesablı heç-heçə etdiyi bu görüşdəki rəqibinin orta yaş göstəricisi 22,57-di. Ən yaşlı komand aisə “Akhisar Belediyespor”du – 27,71. Quluzadənin komandası isə çempionatın üçüncü ən gənc komandasıdı - 24,57.
Bucaspor 22,57
Boluspor 23,93
Kayseri Erciyesspor 24,57
İstanbul Güngörenspor 24,64
Sakaryaspor 25,00
Karşıyaka 25,14
Çaykur Rizespor 25,29
Adanaspor 25,50
Kartalspor 25,79
Konyaspor 26,15
Denizlispor 26,50
Gaziantep B.B. 26,64
Kasımpaşa 26,71
TKİ Tavşanlı Linyitspor 26,71
Elaziğspor 27,00
Göztepe 27,29
Giresunspor 27,50
Akhisar Belesiyespor 27,71
