13 sentyabr 2011 15:53
Beşiktaş - Maccabi oyununda Fələstin bayrağına qadağa
Türkiyə polisi Avropa Liqasının qrup mərhələsində sentyabrın 15-də İstanbulda baş tutacaq “Beşiktaş” – “Maccabi” (Təl-Əviv, İsrail) görüşündə hər hansı insidentin yaşanmaması üçün əlindən gələni edir. Azerisport.az xəbər verir ki, azarkeşlər arasında adi bir qarışıqlığa belə imkan vermək istəməyən türk hökuməti stadionun daxilində və ondan kənarda Fələstin bayraqlarının açılmasına qadağa qoyub.
Hətta hazırda qapalı tribunalarda türk bayrağının açılmaması da gündəmdədi. Qeyd edək ki, həmin oyunda çevik polis alayının 1200 əməkdaşı və 800 polis təhlükəsizliyi təmin edəcək.
Sonda onu da bildirək ki, son dövrlər Türkiyə - İsrail münasibətləri pozulduğundan, bu qarşılaşmanın keçirilməməsi və ya neytral meydanda oynanılması da gündəmdə idi.
