13 sentyabr 2011 16:05
Türklər Amitə narkoman futbolçuya əvəzləyici gözüylə baxırlar
Türkiyənin Bank Asya birinci liqasında çıxış edən “Kayseri Erciyesspor” yeni mövsümün ən iddialı komandalarından hesab olunur. Azerisport.az xəbər verir ki, türkiyəli həmkarlarımız yığmamızın üzvü Amit Quluzadənin komandası ilə bağlı bir sıra maraqlı məqamlara toxunublar ki, bu mənada həmyerlimizi də xüsusi vurğulayıblar.
“TFF-yə verilən siyahıda 38 oyunçusu olan “Kayseri Erciyesspor”da heyət baxımından sıxıntı çəkmək imkansızdı. Hər mövqeyə ən azı üç alternativi olan komandanı bu mövsüm üçün pley-offun bir nömrəli namizədi saymaq olar.
Ötən mövsüm pley-offu son anda qaçıran “Boluspor”un təcrübəli qapıçısı Ferhat Odabaşını heyətinə qatan Kayseri klubu bir nömrəli formanı da ona əmanət etdi. Arxasında Ali Türkan və Gökhan Açıkgöz kimi iki gənc duran Ferhatın start heyətindəki yeri qarantiyalıdı. Gənclər üçün isə belə qapıçıdan görüb-götürmək böyük şansdı.
“Fenerbahçe”nin uşaq məktədində yetişən Sertaç Eren ilə “Kayserispor”dan heyətə qatılan Mehmet Bezircioğlunun 20 yaşı var. Birbaşa start heyətində oynamasalar da, perspektivləri gələcəyə ümidlə baxmağa əsas verir. “Adana Demirspor”dan alınan Metin Tuğlu isə hem ürək, həm də istedad baxımından tam birinci liqa oyunçusudu.
Heyət geniş olunca, xüsusilə orta sahədə bol alternativ yaranıb. Komandanın önəmli silahlarından Hassan Vassvanın narkotik daşıdığı üçün həbs olunmasının ardından bu mövqedə yaranan boşluğu indi Cemal Taşlı və azərbaycanlı oyunçu Amit Quluzadə doldurmuşa benzəyir. Cinah hücumları üçün Kemal Okyay və Serkan Atak kimi futbolçulara malik komandanın heyətində Enver İşık və Cengiz Cenk də var.
Əlindəki heyətlə çempionatda 4-3-2-1 taktikasını ən yaxşı oynaya biləcək komanda məhz “Kayseri Erciyesspor” görünür. 20 yaşlı xorvat Vilim Posinkoviç və onunla yaşıd olan fransız Sofiane Hani forvard arxası üçün biçilmiş parçalardı. Forvard üçün isə ilk ağla gələn ad Emrah Bozkurtdu”.
