13 sentyabr 2011 16:12

Yerli futbolçularla əcnəbilər arasında kəskin fərq

Futbol üzrə Azərbaycan Premyer Liqasının geridə qalan beş turunda 28 qarşılaşma keçirilib. Azerisport.az xəbər verir ki, bu oyunlarda 67 qol qeydə alınıb.
 
Qeyd etmək lazımdır ki, 3-cü turda keçirilən “İnter” - “Bakı” qarşılaşmasında ev sahibi komanda meydanı oyun başa çatmamış tərk etdiyinə görə 0:3 hesablı texniki məğlubiyyət almışdı. Bundan əlavə Premyer Liqada 2 avtoqol da qeydə alınıb. “Simurq”un kapitanı Rasim Ramaldanov və “Neftçi”nin müdafiəçisi Ruslan Abışov hərəyə bir dəfə avtoqol müəllifi olublar.
 
Beləliklə, geridə qalan turlar ərzində qapılara vurulmuş 64 qoldan 43-ü legionerlərin, 21-i isə yerli futbolçuların aktivinə yazılıb. Legioner futbolçuların siyahısında bombardir Sergey Artyuxdu. “Turan”ın ukraynalı yarımmüdafiəçisi 5 oyunda 4 dəfə rəqib qapılarına yol tapmaqla həm də Premyer Liqada da ən sərrast futbolçuların siyahısına başçılıq edir.
 
Premyer Liqanın ən çox qol vuran yerli futbolçusu isə Ceyhun Sultanovdu. “Kəpəz”in yarımmüdafiəçisi cari çempionatda 3 dəfə fərqlənib.
 
1-ci və 2-ci turlarda 12, 3-cü turda 15, 4-cü turda 11, 5-ci turda isə 14 qol qeydə alınıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.