13 sentyabr 2011 16:33
İbrahim Üzülməz və digərləri AFFA-nın məşqçi kursunda (FOTOLAR)
Sentyabrın 9-dan etibarən Bakı şəhərində UEFA-nın B kateqoriyalı məşqçi kursları başlayıb. Azerisport.az xəbər verir ki, AFFA tərəfindən təşkil olunan kurslara almaniyalı mütəxəssis Nikolay Adam rəhbərlik edir. Məşğələlər sentyabrın 22-də başa çatacaq.
