13 sentyabr 2011 17:24
Yığmamızın seçmə mərhələ oyunu saat 18:00-da
Futbol üzrə gənclərdən ibarət yığmalar arasında keçirilən AÇ-2013-ün seçmə mərhələsində mübarizə aparan Azərbaycan yığmasının Norveçlə oyununun keçirilmə yeri və vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, sözügedən qarşılaşma oktyabrın 6-da keçiriləcək.
Bakıda baş tutacaq görüş “Dalğa Arena”da oynanılacaq. Qarşılaşma saat 18:00-da başlayacaq.
Xatırladaq ki, yığmamız seçmə mərhələnin ilk iki oyununda İngiltərəyə (0:6) və Belçikaya (1:4) uduzub.
