13 sentyabr 2011 17:57
“Biz artıq elə oynayırıq ki, hakimlər səhv etməsinlər”
“İnter”in gürcüstanlı müdafiəçisi Valeri Abramidze Premyer Liqanın 5-ci turunun "Simurq"la oyunundan (1:0) sonra azerisport.az saytına müsahibə verib.
- Həmişəki kimi, bu dəfə də “Simurq”la oyunda xal itirməməyiniz tam gözlənilən oldu...
- Doğrudu. Biz bütün oyun boyu rəqibdən üstün futbol sərgilədik. Bunun nəticəsi kimi də layiqli qələbə qazandıq. Amma onu da qeyd etməliyəm ki, “Simurq”la oynamaq həmişə çətin olur. Elə bu dəfə də çətin oyun alındı. Əsas olan 3 xal idi ki, onu da qazandıq.
- Amma razılaşın ki, komandanız diqqətçəkən oyun sərgiləmədi...
- Mən belə hesab etmirəm. Biz bütün oyunu daha üstün tərəf olaraq keçirdik. Rəqibimiz ancaq müdafiə olunurdu. Rəqib də müdafiə olunanda, parlaq oyun sərgiləmək bir qədər çətin olur. Əgər daha tez qol vursaydıq, onda işimiz asan olacaqdı.
- Mümkündü ki, komanda hələ texniki məğlubiyyətdən sonra psixoloji cəhətdən özünə gəlməyib?
- Əlbəttə, “Bakı” ilə oyunda baş verənlər psixoloji cəhətdən sözünü deyir. Biz artıq elə diqqətli oynayırıq ki, nəinki özümüz, hətta hakimlər də səhv etməsinlər. Bu cəhətdən komanda hələ də stress altındadı.

- Yeganə qolu siz vurdunuz ki, o da kuryoz alındı. Yəqin ki, sizdən başqa heç kim qapıçının topu əlindən buraxağına inanmırdı...
- Hər zaman hər şeyə hazır olmaq lazımdı. Qapıçı da inşandı. Onun da səhvi ola bilər. Şadam ki, bu oyunda qol vura bildim. Amma onu kuryoz hesab etmirəm.
- Hakimlikdən bu dəfə də narazı idiniz. Sizi qane etməyən nə idi?
- Qələbə qazanmağımıza baxmayaraq, onların işi yenə bizi qane etmədi. Niyə də razı olmalıyıq ki? Axı bizi həmişə sıxışdırmağa çalışırlar.
- Qələbə qazanmağımıza baxmayaraq, onların işi yenə bizi qane etmədi. Niyə də razı olmalıyıq ki? Axı bizi həmişə sıxışdırmağa çalışırlar.
- Mövsüm sizin üçün heç də uğurlu başlamayıb...
- Bu haqda danışmaq hələ tezdi. Bizim altı xalımız var. Özü də bir oyun az keçirmişik. Odu ki, gələcəkdə çox şey dəyişə bilər. Əsas mübarizə qabaqdadı.