13 sentyabr 2011 18:03
Neftçi Cavid Hüseynovu komandadan uzaqlaşdırdı
Bu gün "Neftçi"nin rəhbərliyi, məşqçilər korpusu və komandanın aparıcı futbolçularının iştirakı ilə yığıncaq keçirilib. Azerisport.az xəbər verir ki, iclasda bir çox məsələlər müzakirə edilib.
Aparılan müzakirələrdən sonra, futbolçu Cavid Hüseynovun klubun daxili intizam kodeksini pozduğuna görə əvəzedici heyətə göndərilməsi ilə bağlı qərar qəbul olunub. Lakin onun konkret hansı addımına görə cəzalandırılması barədə açıqlama verilmir.
