13 sentyabr 2011 18:10
Cavid Hüseynov: Rəhbərliyin qərarına hörmətlə yanaşıram
“Neftçi”nin yarımmüdafiəçisi Cavid Hüseynov komandanın əsas heyətindən kənarlaşdırılması və əvəzedici heyətə göndərilməsi ilə bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında bunları dilə gətirib:
"Klub rəhbərliyinin qərarına hörmətlə yanaşıram. Əvəzedici heyətdə çıxış etməyə hazıram".
Qeyd edək ki, millimizin də şərəfini qoruyan Cavid Hüseynov barədə qərar bu gün "Neftçi"nin rəhbərliyi, məşqçilər korpusu və komandanın aparıcı futbolçularının iştirakı ilə keçirilən yığıncaqda çıxarılıb. Onun klubun daxili intizam kodeksini pozduğuna görə cəzalandırıldığı bildirilir. Lakin futbolçunun konkret hansı addımına görə cəzalandırılması barədə açıqlama verilmir.
