13 sentyabr 2011 11:18

Vaqif Sadıqov: İlk növbədə Cavadovun adını axtarmağa başladım

Rusiyanın “Anji” klubunun məşqçisi, millimizin sabiq çalışdırıcısı Vaqif Sadıqov azerisport.az saytının suallarını cavablandırıb.

- Sizin “Volqa” ilə oyunla bağı fikirlərinizi bilmək maraqlı olardı...
- Oyun çox çətin alındı. İlk dəqiqələrdən erkən və kuryoz qola üzüldük. Uzaqdan zərbə zamanı top müdafiəçimizə dəyib, tora daxil oldu. Çox şadam ki, “Anji” bundan sonra oyunda dönüş yarada bildi. Biz sübut etdik ki, “Volqa”dan daha güclüyük.
 
- Matç zamanı nə hiss edirdiz?
- Bu, çox məsuliyyətli bir şey idi. Mən Hacı Hacıyevi pis vəziyyətdə qoya bilməzdim. Bu oyunla futbolçularımız bir daha göstərdilər ki, baş məşqçinin yanındadılar.
 
- Bəs Hacıyev komandaya hansı dərəcədə başçılıq edə bilirdi?
- Təbii ki, “Volqa”yla oyunun hazırlıqlarına baş məşqçimiz özü rəhbərlik edirdi. Hətta erkən qol da bizim planlarımıza təsir göstərmədi. Məhz Hacı Hacıyevin işinin nəticəsidi ki, biz indi dördüncü pillədə yer almışıq.
 
- “Volqa”nın heyətində Vaqif Cavadovun komandanıza qarşı çıxış etməməsinə məyus oldunuz?
- Matçın iştirak ərizəsini alan kimi, ilk növbədə Cavadovun adını axtarmağa başladım. Siyahıda yer almamışdı. Matçdan sonra isə paltardəyişmə otağında mənə yaxınlaşdı, qələbə münasibətilə təbrik etdi. Onu görüb, söhbət etmək mənə çox xoş oldu. Vaqif “Volqa” və yığma üçün çox vacib oyunçudu. Buna görə də o, zədədən tez sağalmalıdı.

- Baş məşqçinizin 4 oyunluq cəzaya məruz qalmasını necə dəyərləndirərdiz?
- Bilirsiz, mən “Real”da, “Atletico”da, “Galatasaray”da, “Fenerbahçe”də təcrübə keçmişəm, Azərbaycan yığmasında Berti Foqts, Karlos Alberto Torres kimi mütəxəssislərlə çalışmışam. Hacıyevlə bağlı onu deyə bilərəm ki, o, çox yüksək səviyyəli mütəxəssisdi, çox yaxşı inşandı. Rusiya Futbol İttifaqının bu qərarını çox sərt hesab edirəm.
 
- Bu qərarın dəyişdirilməsi üçün etiraz məktubu yazmısız?
- Bəli, biz qərarın dəyişəcəyini gözləyirik. Hacıyev komandanın yanında olmalıdı.
 
- Son dövrlər Hacıyevin yerinə tanınmış mütəxəssislərdən birinin gətiriləcəyinə dair şayiələr artmağa başlayıb...
- Məncə, “Anji” Hacı Hacıyev lazımdı. O, komandanı daha da yüksəyə qaldıra bilər. Hər gün 12-15 saat çalışırıq. Gündə iki məşq baş tutur, səhvlərimizi analiz edirik, komanda üzvləri ilə söhbətlər aparırıq. Mən çox şadam ki, belə bir mütəxəssislə işləyirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.