13 sentyabr 2011 11:23
Yığmamızın İspaniya ilə oyununun başlanma vaxtı açıqlandı
17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində yığmamızın mübarizə aparacağı 9-cu qrupun oyunlarının başlanma vaxtı və qarşılaşmaların keçiriləcəyi stadionlar müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, 30 sentyabr-5 oktyabr tarixləri arasında ölkəmizdə baş tutacaq bu qrupun oyunları aşağıdakı vaxtlarda və arenalarda keçiriləcək:
30 sentyabr
Saat 11:00. Dalğa Arena
Ukrayna – Azərbaycan
Saat 14:00. Dalğa Arena
İspaniya – Bosniya və Herseqovina
2 oktyabr
Saat 13:00. Dalğa Arena
Bosniya və Herseqovina – Ukrayna
Saat 16:00. Dalğa Arena
İspaniya – Azərbaycan
5 oktyabr
Saat 16:00. Dalğa Arena
Azərbaycan – Bosniya və Herseqovina
Saat 16:00. AZAL stadionu
Ukrayna – İspaniya
