13 sentyabr 2011 11:43
Premyer Liqamızın təqvimində dəyişiklik edildi
Futbol üzrə Azərbaycan Premyer Liqasının təqvimində dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası rəsmi məlumat yayıb.
Məlumatda bildirilir ki, Azərbaycan A milli yığma komandasının 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsində 7 oktyabr 2011-ci il tarixində doğma meydanda Avstriya millisi, 11 oktyabr 2011-ci il tarixində səfərdə Türkiyə millisi ilə matçlara hazırlaşacağını nəzərə alaraq Premyer Liqanın 8-ci turunun bütün görüşləri 30 sentyabr 2011-ci il tarixində keçiriləcək.
Xatırladaq ki, təqvimin ilkin versiyasına əsasən həmin turun oyunları oktyabrın 1-2-də keçirilməliydi.
