13 sentyabr 2011 11:50
Neftçi bu gün ölkə çempionu ola bilər
Bu gün həvəskarlardan ibarət komandalar arasında 13-cü ölkə çempionatının final oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, həlledici qarşılaşmada “Çevik” və “Neftçi” komandaları qarşılaşacaq.
Dalğa Arenada keçiriləcək oyun saat 17:00-da başlayacaq.
