13 sentyabr 2011 12:02
Neftçinin futbolçusu XL-ın tarixinə düşdü
Bakının “Neftçi” klubunun futbolçusu Ruslan Abışov “Xəzər Lənkəran”ın tarixinə düşüb. Azerisport.az xəbər verir ki, Premyer Liqanın 5-ci turunda Lənkəranda keçirilən qarşılaşmada öz qapısına qol vuran müdafiəçi rəqib klub üçün qol vuran 5-ci oyunçu olub.
Avtoqol müəllifi olmaqla cənublulara qələbə qazandıran Abışovadək “Xəzər Lənkəran” cəmi 4 dəfə belə qol sevinci yaşamışdı. Onlardan da 2-si ölkə çempionatı, 2-si kuboka təsadüf etmişdi. Son belə hadisə 639 gün əvvəl elə Lənkəran stadionunda digər paytaxt təmsilçisi ilə matçda yaşanmışdı. Həmin vaxt bu komandanı “Olimpik-Şüvəlan”ın üzvü Abdulkadir Kamara sevindirmişdi.
“Xəzər Lənkəran”ın rəqiblərinin avtoqolları
2006/07 mövsümü Azərbaycan kuboku, 1/8 final
02.12.2006 Bakılı – Xəzər Lənkəran – 0:3
Anar Məmmədəliyev, 90+2-öz qapısına
2007/08 mövsümü Azərbaycan çempionatı
23.02.2008 Xəzər Lənkəran – Masallı - 4:1
Vaja Lomaşvili, 81-öz qapısına
2007/08 mövsümü Azərbaycan kuboku, 1/2 final
09.04.2008 Qəbələ - Xəzər Lənkəran - 1:3
İrakli Vaşakidze, 15-öz qapısına
2009/10 mövsümü Azərbaycan çempionatı
10.12.2009 Xəzər Lənkəran – Olimpik-Şüvəlan – 2:1
Abdulkadir Kamara, 63-öz qapısına
2011/12 mövsümü Azərbaycan çempionatı
10.09.2011 Xəzər Lənkəran – Neftçi – 1:0
Ruslan Abışov, 41-öz qapısına
