13 sentyabr 2011 12:52
Cəlilabad, Astara və Qubada futbol bayramı (FOTOREPORTAJ)
9-11 sentyabr tarixlərində Quba, Astara və Cəlilabad rayonlarında Açıq Əyləncəli Futbol Məktəblərinin açılışı keçirilib. Azerisport.az xəbər verir ki, məktəblərin fəaliyyətində həmin rayonların bir neçə kənd və qəsəbəsindən 600 nəfərə yaxın qız və oğlan, 36 məşqci və rəhbər iştirak edib.
