15 sentyabr 2011 01:38

Trabzonspor İnteri İtaliyada məğlub etdi (YENİLƏNİB)

UEFA Çempionlar Liqasında 2011/12 mövsümünün qrup mərhələsinin oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, ənənəvi olaraq yenə 4 qrupun oyunları çərşənbə axşamı, qalan qruplardakı görüşlər isə çərşənbə günü baş tutub.
 
İlk oyun gününün mərkəzi görüşü hesab edilən "Barcelona" - "Milan" matçında qalib müəyyənləşməyib. Oyunda hesabı ilk dəqiqədə qonaqlar açsa da, bundan sonra üstünlüyə yiyələnən "Barsa" iki qol vuraraq, hesabda önə keçib. Buna baxmaryaq, "Milan" səfər oyununda xal qazanmaq istəyindən vaz keçməyib və əlavə vaxtın son dəqiqəsində vurduğu qolla evə əliboş dönməyəcəyini rəsmiləşdirib.
 
Günün daha bir maraqı qarşılaşması - "Borussia" (Dortmund) - "Arsenal" matçı da heç-heçə başa çatıb. "Arsenal" ilk yarıda hesabı açdığı oyunda hesabı qoruya bilməyib və son dəqiqələrdə meydan sahibləri bərabərlik qoluna imza atıblar.
 
"Porto" - "Şaxtyor" oyununda meydan sahibləri əzmkar qələbə qazanıblar. Portuqaliyalıların heyətində Halk 9-cu dəqiqədə penaltini qola çevirə bilməyib. Əvəzində Luis Adriano 12-ci dəqiqədə "Şaxtyor"u hesabda önə keçirib. Lakin cəmi 16 dəqiqə sonra Hulk günahını yuyub, bərabərlik qoluna imza atıb. Fasilədən sonra isə "Porto" qələbə qoluna imza atıb. Rusiya "Zenit"i isə Cənubi Kiprdən məğlubiyyətlə dönüb. APOEL-in qonağı olan Sankt Peterburq təmsilçisi 63-cü dəqiqədə Konstantin Zryanovla hesabı acda da, APOEL cəmi 2 dəqiqə ərzində vurduğu qollarla əzmkar qələbəyə sevinib.
 
Marsel "Olympique"i isə Yunanıstan səfərindən üç xalla dönüb. "Chelsea" ev oyununda "Bayer"i məğlub etdiyi halda, "Viktoria" və BATE-nin oyunu sülhlə bitib. "Valensiya" isə asan qələbə qazanacağı gözlənilən Belçika səfərindən bir xalla dönüb.
 
Qalan görüşlər isə ikinci oyun günündə keçirilib. Bu oyunlar içində bizim futbol azarkeşlərimizi daha yaxından maraqlandıran bir görüş də vardı. Bu, qardaş Türkiyənin təmsilçisi “Trabzonspor”un İtaliyanın “İnter” klubuna qarşı keçirdiyi görüş idi. Qarşılaşma səfərdə baş tutduğundan, hər kəs trabzonluların məğlub olacağını düşünürdü. Amma Şenol Günəşin komandası bu qarşılaşmada inanılmaz mübarizə apararaq, yeni tarix yazıblar.
 
Digər qarşılaşmalar arasında "Neftçi"ni ÇL-dən kənarlaşdıran "Dinamo" evdə Reala uduzub. "Manchester City" ilə "Napoli" arasındakı gərgin qarşılaşma sülhlə bitib. "Villareal" isə evdə "Bayern"ə yenilib. "Manchester United" səfərdə "Benfica" ilə sülh bağlayıb. Moskva CSKA-sı da səfərdə "Lille" ilə qarşılaşmada heç-heçəyə nail olub. "Ajax" - "Olympique" (Lion) görüşündə isə hesab açılmayıb.
 
Keçirilən bütün görüşlərin siyahısı ilə sizi tanış edirik.
 
Çempionlar Liqası
13 sentyabr
 
E qrupu
 
Chelsea (İngiltərə) - Bayer (Almaniya) - 2:0 (0:0)
Qollar: D.Luis, 67, Mata, 90+2.
 
Genk (Belçika) – Valencia (İspaniya) - 0:0 (0:0)
 
F qrupu
 
Borussia (Dortmund, Almaniya) – Arsenal (İngiltərə) - 1:1 (0:1)
Qollar: Perisic, 88 - Van Persi, 42.
 
Olympiakos (Yunanıstan) – Olympique (Marsel, Fransa) - 0:1 (0:0)
Qol: Luço Qonsales, 51.
 
G qrupu
 
APOEL (Kipr) – Zenit (Rusiya) - 2:1 (0:0)
Qollar: Manduça, 73, Aylton, 75 - Zryanov, 63.
 
Porto (Portuqaliya) - Şaxtyor (Ukrayna) - 2:1 (1:1)
Qollar: Halk, 28, Kleber, 52 - Luis Adriano, 12.
Matçın 9-cu dəqiqəsində "Porto"nun oyunçusu Halk penaltidən yararlana bilməyib
 
H qrupu
 
Barcelona (İspaniya) – Milan (İtaliya) - 2:2 (1:1)
Qollar: Pedro, 36, Vilya, 51 - Pato, 1, Tyaqo Silva, 90+2.
 
Viktoria (Çexiya) - BATE (Belarus) - 1:1 (1:0)
Qollar: Bakoş, 45+1 - Renan, 69.
 
14 sentyabr
 
A qrupu
 
Manchester City (İngiltərə) – Napoli (İtaliya) - 1:1 (0:0)
Qollar: Kolarov, 75 - Kavani, 69.
 
Villarreal (İspaniya) – Bayern (Almaniya) - 0:2 (0:1)
Qollar: Kroos, 7, Rafinya, 76.
 
B qrupu
 
Inter (İtaliya) – Trabzonspor (Türkiyə) - 0:1 (0:0)
Qol: Çelustka, 76.
 
Lille (Fransa) - CSKA (Moskva, Rusiya) - 2:2 (1:0)
Qollar: Sou, 45, Pedretti, 57 - Doumbiya, 72; 90.
 
C qrupu
 
Basel (İsveçrə) - Otelul (Rumıniya) - 2:1 (1:0)
Qollar: Frey, 39; 84 - Pena, 58.
 
Benfica (Portuqaliya) - Manchester United (İngiltərə) - 1:1 (1:1)
Qollar: Kardoso, 24 - Giqqz, 42.
 
D qrupu
 
Ajax (Hollandiya) – Olympique (Lion, Fransa) - 0:0 (0:0)
 
Dinamo (Zaqreb, Xorvatiya) - Real (İspaniya) - 0:1 (0:0)
Qol: Di Mariya, 53.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.