14 sentyabr 2011 13:14
Birinci divizionda 2-ci turun proqramı açıqlandı
Futbol üzrə Azərbaycan birinci divizionunda 2-ci turun oyunlarının keçiriləcəyi stadionlar və başlama saatı açıqlanıb. Azerisport.az növbəti turun proqramı ilə sizi də tanış edir.
Belə ki, qarşıdakı turun görüşləri iki günə - şənbə və bazar günlərinə təyin olunub. 4 qarşılaşma ilk, qalan görüşlər isə ikinci oyun günündə baş tutacaq. Bütün qarşılaşmalar eyni saatda başlayacaq.
2-ci turun tam proqramı ilə aşağıda tanış ola bilərsiz.
Birinci divizion
2-ci tur
17 sentyabr (şənbə)
"Energetik" - "Neftçala"
Mingəçevir şəhər stadionu
"Qaradağ Lökbatan" - MKT "Araz"
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu
"Şəmkir" - "Karvan"
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu
"Göyəzən" - "Şuşa"
Qazax şəhər stadionu
18 sentyabr (bazar)
MOİK - "Həkəri"
"Ədliyyə" stadionu
"Tərəqqi" - "Şahdağ"
Gəncə şəhər stadionu
"Muğan" - "Lokomotiv"
Nəriman Nərimanov adına Neftçala şəhər stadionu
Bütün oyunlar saat 16:00-da başlanır.
