14 sentyabr 2011 13:37
Elvin Beqiri Qarabağa meydan oxudu
“Xəzər Lənkəran”ın müdafiəçisi Elvin Beqiri Premyer Liqanın 5-ci turunun “Neftçi” ilə oyunundan sonra (1:0) azerisport.az saytının suallarını cavablandırıb.
- “Neftçi” ilə oyunu necə qiymətləndirərdiz?
- Razı qaldım. Matç çətin alınsa da, qələbə qazanmaq xoşdu. “Neftçi” hazırkı Azərbaycan çempionudu və bu üzdən onlarla oyunda ancaq qələbəyə köklənmişdik. Bu komanda səfərdə də evdəki kimi yaxşı oynayır. Yaxşı ki, onları məğlub etməyi bacardıq. Amma arxayınlaşmaq olmaz. Bu tempdə davam etmək lazımdı. “Neftçi” üzərində qələbə ilə hər şey bitmir.

- Amma qələbəni rəqinin öz qapısına vurduğu qol sayəsində qazandınız...
- Bizim başqa qol epizodlarımız da oldu. Onları da dəyərləndirməliydik. Fikrimcə, bu avtoqol olmasaydı da, biz qələbə topunu vuracaqdıq. Əsas bu rəqib üzərində qələbə qazanmaq idi. Məğlubiyyət haqda heç düşünmürdük də. Qalibləri isə mühakimə etmirlər. Təbii ki, 1:0 önə keçəndən sonra daha çox müdafiəyə diqqət yetirməyə başladıq. Bu da ki aydın məsələdi. Axı hər bir komanda qələbə hesabını qorumağa çalışır. Əks-hücumlarda yenə qol vurmağı düşünsək də, alınmadı.
- “Neftçi” üzərində qələbə sizin üçün nə deməkdi?
- Bu adi bir qələbə idi. Belə prinsipial oyunlarda qazanılan qələbələr həmişə komandaya əlavə ruh yüksəkliyi gətirir. Biz Azərbaycanın ən yaxşı komandalarından biri, çempion üzərində qələbə qazandıq. Odu ki, razı qala bilərik. Liderliyi itirmək istəmirik. Bu üstünlüyümüzü sona kimi davam etdirmək istəyirik.

- Qarşıdan “Qarabağ”la oyun gəlir...
- “Qarabağ” da “Neftçi” kimi çempionatın ən aparıcı klublarındandı. Ağdamlılarla oynamaq çox çətindi. Onların oyunundan baş açmaq olmur. Amma düşünürəm ki, “Neftçi” üzərindəki qələbə bizə “Qarabağ”ı da məğlub etməyə yardımçı olacaq. Onlar son turda xal itirsələr də, “Sumqayıt Şəhər”in gücünü də nəzərə almaq lazımdı. Onların gənc, amma çox yaxşı komandası var. İndi Ağdam klubu xal itkisindən sonra bizimlə oyuna mütləq qələbə üçün çıxacaq. Odu ki, bizi daha çətin sınaq gözləyir. Lakin bizim qələbə qazanmaqdan başqa çıxış yolumuz yox idi. Axı çempionluğa oynayırıq.
- Sizcə, “Neftçi”yə qarşı sərgilədiyiniz oyunla “Qarabağ”ı yenməyiniz mümkündü?
- Etiraf edirəm ki, “Neftçi” bu dəfə elə də yaxşı oynamadı. Amma əsas o idi ki, qələbə qazandıq. Hərdən nəticə sərgilənən oyunu arxa plana keçirir. “Qarabağ”la isə tamamilə fərqli oynayacağıq. Bizim bu komandanı səfərdə yenəcək potensialımız var. Heç-heçə barədə də düşünmürük. Bizi ancaq qələbə qane edəcək.