14 sentyabr 2011 13:54
Yığmamızın rəqibi Rusiyanı məğlub etdi
Futzal üzrə Portuqaliya yığması yoldaşlıq oyununda qüvvəsini sınayıb. Azerisport.az xəbər verir ki, bu komandanın rəqibi qonşu Rusiya seçməsi olub.
Portuqaliyanın paytaxtı Lissabonda baş tutan görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Belə ki, portəgizlər rusları 2:1 hesabıyla məğlub ediblər.
Qeyd edək ki, Portuqaliya yığması AÇ-2012-nin final mərhələsində Azərbaycan millisiylə eyni qrupda yer alır.
