14 sentyabr 2011 14:24
“Millini Bakıdakı matça kimin çıxaracağı hələ məlum deyil”
Avstriya yığmasının dünən baş məşqçi postundan istefa verən sabiq çalışdırıcısı Didi Konstantininin köməkçisi Villi Ruttenştayner hazırkı qeyri-müəyyənliyi şərh edib. Azerisport.az xəbər verir ki, o, Avstriya mətbuatına açıqlamasında bunları dilə gətirib:
“Güman edilir ki, yığmanı AÇ-2012-nin seçmə mərhələsinin qarşıdakı son iki oyununa mən çıxaracam. Amma mümkündü ki, baş məşqçi Azərbaycan və Qazaxıstanla oyunlara kimi tapılsın. Belə olan halda komandanı həmin oyunlarda meydana mən yox, yeni baş məşqçi çıxaracaq. Odu ki, yığmanı qarşıdan gələn Bakıdakı oyuna kimin çıxaracağı hələ məlum deyil”.