14 sentyabr 2011 18:54

İnter Sumqayıtdan sensasiyasız dönüb, 4-cü oldu (YENİLƏNİB)

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 4-cü turundan təxirə salınmış bir oyun keçirilib. Azerisport.az xəbər verir ki, "Sumqayıt Şəhər" doğma meydanda "İnter"i qəbul edib.
 
Xatırladaq ki, bu görüşün təxirə salınmasına Sumqayıt təmsilçisinin bir sıra oyunçularının müxtəlif yığmalarımızın heyətinə dəvət alması səbəb olmuşdu. Lakin nəhayət bu gün sözügedən oyunun keçirilməsi üçün heç bir problem qalmayıb.
 
Hər iki komandanın bu oyuna böyük ruh yüksəkliyi ilə çıxacağı bəlliydi. “İnter” son turda “Simurq” üzərində qələbə qazanmışdı və bu qarşılaşmada qələbə qazanmaqla birbaşa üçüncü pilləyə şərik olmağı hədəfləmişdi.
 
“Sumqayıt Şəhər” isə autsayderlər qrupunda qərarlaşsa da, son turda çempionluğa əsas namizədlərdən sayılan “Qarabağ”a ciddi müqavimət göstərmişdi və rəqibindən xal almışdı. Bernard Raabın yetirmələri “bankirlər”i də qələbəsiz yol salmağı hədəfləsə də, buna nail ola bilmədilər. Onlar bu qarşılaşmada hətta ilk qələbələrini qazanmaq istədiklərini də gizlətmirdilər. Amma sonda həmin qələbə "İnter"ə nəsib oldu. Bunun sayəsində Kaxaber Tsxadadzenin komandası dördüncü pilləyə qalxdı.
 
Premyer Liqa
4-cü turun oyunu
14 sentyabr (çərşənbə)
 
SUMQAYIT ŞƏHƏR - İNTER - 0:2 (0:0)
Qollar: Arif Daşdəmirov, 71 (0:1), Samir Zərgərov, 90+2 (0:2).
Hakimlər: Elnur Muradov, Ramiz Əsədov, Elşən Acalov, Fuad Həsənov
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.
 
Oyun başladı
"İnter" ilk dəqiqələrdən üstünlüyə yiyələnib
Girt Karlsonun zərbəsi təhlükəli, amma qeyri-dəqiqdi
"Sumqayıt Şəhər" əsasən müdafiə olunur
Meydan sahiblərinin heyətində Emin Mustafayevin zərbəsində azacıq dəqiqlik çatışmır
Karlson yenə qeyri-dəqiq zərbə ilə diqqət mərkəzinə düşür
SŞ artıq oyunda tarazlıq yarada bilib
Samir Abasovun təhlükəli asmasına heç kim çatmır
Mustafayev qapıya daha iki qeyri-dəqiq zərbə endirir. O, bu gün çox fəaldı
Sumqayıtlılar artıq oyunda üstünlüyü ələ alıblar
SŞ rəqib qapısına yol tapsa da, hakim Mustafayevun qolunun qaydalar çərçivəsində vurulmadığını bildirir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
"İnter" ikinci hissəyə fəal başlayıb. Amma hələ ciddi qol vəziyyəti yarada bilmir
Qonaqların heyətində Karlson, meydan sahiblərində isə Mustafayev daha fəal oyunu ilə diqqət mərkəzindədi
SŞ yenidən əsas diqqəti müdafəyə yönəldib
Arif Daşdəmirov nəhayət ki, meydan sahiblərinin müqavimətini qıra bilir - 0:1
Mahmud Qurbanovun təhlükəli zərbəsi qapıdan yan keçir
Qoldan sonra artıq "İnter" müdafiəyə çəkilib, SŞ isə hesabı bərabərləşdirməyə çalışır
Hər iki baş məşqçi oyunu emosional şəkildə izləyir
Əlavə vaxtda Samir Zərgərov meydan sahiblərini daha bir dəfə mərkəzə dəvət edir - 0:2
Matç başa çatdı
 
 
1
Xəzər Lənkəran
5
4
1
0
10-3
13
2
Qəbələ
5
3
2
0
6-3
11
3
Kəpəz
5
3
0
2
11-8
9
4
İnter
5
3
0
2
4-4
9
5
Bakı
5
2
2
1
6-5
8
6
Qarabağ
4
2
1
1
3-2
7
7
AZAL
5
2
1
2
8-8
7
8
Neftçi
4
2
0
2
6-4
6
9
Turan
5
2
0
3
6-7
6
10
Rəvan
5
0
2
3
6-9
2
11
Simurq
5
0
2
3
1-6
2
12
Sumqayıt Şəhər
5
0
1
4
2-10
1
 
Bombardirlər:
4 - Sergey Artyux (Turan).
3 - Ceyhun Sultanov (Kəpəz), Emeka Opara (Xəzər Lənkəran), Bahodir Nasimov (Neftçi), Yuri Fomenko (Kəpəz).
2 - Rauf Əliyev (Qarabağ), Elşən Məmmədov, Zohair Benouahi (hər ikisi AZAL), Branimir Subaşiç (Xəzər Lənkəran).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.