14 sentyabr 2011 14:37
Toni Adamsdan Neftçi ilə oyun öncəsi iki futbolçuya istirahət
“Qəbələ”nin baş məşqçisi Toni Adams Premyer Liqanın 6-cı turunun “Neftçi” ilə oyunu öncəsi iki futbolçuya istirahət verməyi qərara alıb. Azerisport.az xəbər verir ki, ingiltərəli mütəxəssis Vurğun Hüseynovla Aleksandr Çertoqanova istirahət etmək imkanı yaradıb.
Onların hər ikisi komanda yoldaşlarından fərqli iki günlük istirahət hüququ qazanıb. Toni Adams Hüseynovla Çertoqanovun millinin AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Belçika və Qazaxıstanla oyunlardan sonra istirahət edə bilməməsini nəzərə alaraq, belə addım atıb.
