14 sentyabr 2011 14:53
Rednik: Düşünürsüz ki, maliyyə problemi olsaydı, XL-da qalardım?
“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik onun gəlişindən sonra cənub təmsilçisinə gətirdiyi rumıniyalı legionerlərdən danışıb. Azerisport.az xəbər verir ki, o, ölkəsindən olan jurnalistlərə açıqlamasında bunları dilə gətirib:
“Bura gələnlərin bəziləri yeni iş yeri ilə bağlı fikirlərini dəyişiblər. Bəzilərindən daha çox şey gözlədiyim halda cəmi bir neçə məşqdən sonra narazı qalmışam. Hətta eşitmişəm deyirlər ki, burda maliyyə problemləri var. Amma bunlar doğru məlumat deyil. Düşünürsüz ki, maliyyə problemi olsaydı, mən burda qalardım? Baxmayaraq ki, pul heç də əsas amil deyil. Düzdü, elə bir an olub ki, mən “Xəzər Lənkəran”ı tərk etmək istəmişəm. Lakin bildiyiniz kimi, azarkeşlərin və oyunçuların son qərarımda böyük rolu olub. Bəlkə də onlar olmasaydı, indi burda deyildim”.