14 sentyabr 2011 15:10
AFFA-nın planları dəyişdi
AFFA tərəfindən Sumqayıt şəhərində təşkil olunacaq Grassroots festivalının tarixi dəyişdirilib. Azerisport.az xəbər verir ki, bu haqda qurumun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək tədbirin əvvəlcədən sentyabrın 16-da təşkil olunacağı xəbər verilmişdi. Lakin sözügedən tədbir bir gün öncə - yəni sabah sentyabrın 15-də keçiriləcək. Festival saat 17:00-da başlayacaq.
