14 sentyabr 2011 15:54
“Heç özüm də bilmirəm bu komandaya necə qalib gələ bilmədik”
“Qarabağ”ın qapıçısı Boyan Pavloviç Premyer Liqanın 5-ci turunun “Sumqayıt Şəhər”lə oyununu dəyərləndirib. Azerisport.az saytına açıqlamasında serbiyalı qapıçı qolsuz heç-heçə ilə bağlı bunları dilə gətirib:
“Biz “Sumqayıt Şəhər”lə oyunda çox yaxşı oynadıq. Çoxlu qol vəziyyətləri yaratdıq. Rəqibdən daha çox top saxlayırdıq, oyuna nəzarət edirdik. Amma istədiyimiz nəticəni qazana bilmədik. Burda əlavə nəsə deməyə ehtiyac da yoxdu. Heç özüm də bilmirəm bu komandaya necə qalib gələ bilmədik”.