14 sentyabr 2011 16:37
Neftçi Qəbələ ilə oyuna bazasında hazırlaşır
"Neftçi" "Qəbələ" ilə oyunun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, komanda üzvləri gündə bir dəfə olmaqla klubun bazasındakı meydançada məşq keçirlər.
“Flaqman” bu gün də eyni məkanda məşq edəcək. Hazırlıq prosesi saat 17:00-da başlanacaq.
Qeyd edək ki, sentyabrın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq "Neftçi" - "Qəbələ" matçı saat 18:30-da start götürəcək.
