14 sentyabr 2011 17:19
Neftçi Mehmet Akla yollarını ayırdı
Baş məşqçi Böyükağa Hacıyevin təqdimatına əsasən, bundan sonra "Neftçi"də fiziki hazırlıq üzrə məşqləri Mehmet Ak keçməyəcək. Azerisport.az xəbər verir ki, təcrübəli mütəxəssis bununla bağlı fikirlərini klubun rəsmi saytına bildirib:
"Mehmet Akla birgə çalışmamaq qərarına gəldik. Artıq onun yardımına ehtiyacımız yoxdu. Komandaya fiziki hazırlığı məşqçilər korpusunda yer alan mütəxəssislər keçəcək".
Qeyd edək ki, Mehmet Ak şəxsi işləri ilə əlaqədar 2 həftəliyə Türkiyəyə yollanıb.
