14 sentyabr 2011 17:34
Yığmamız Norveç və Belçikanı Dalğa arenada qəbul edəcək
Futbol üzrə gənclərdən ibarət yığmalar arasında keçirilən AÇ-2013-ün seçmə mərhələsində mübarizə aparan Azərbaycan yığmasının daha bir oyununun keçirilmə yeri və vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, artıq Belçika ilə qarşılaşmanın da proqramı müəyyənləşib.
Belə ki, sözügedən qarşılaşma oktyabrın 10-da keçiriləcək. Bundan dörd gün öncə baş tutacaq Norveçlə qarşılaşma kimi, belçikalılarla duel də Bakıda, “Dalğa Arena”da oynanılacaq. Hər iki qarşılaşma saat 18:00-da başlayacaq.
Xatırladaq ki, yığmamız seçmə mərhələnin ilk iki oyununda İngiltərəyə (0:6) və Belçikaya (1:4) uduzub.
