14 sentyabr 2011 19:03
Georgievski: Həmin epizodda ofsayd olmadığını hamı gördü (FOTO)
"Xəzər Lənkəran"a qarşı yaxşı oynadıq, amma təəssüf ki, öz səhvizimdən qol buraxdıq. Düzdü, biz də qol vurduq. Lakin hakim səhvən ofsayd qeydə aldı. Həmin epizodda Alessandronun oyundankənar vəziyyətdə olmadığını hamı gördü". Azerisport.az xəbər verir ki, bu sözləri "Neftçi"nin yarımmüdafiəçisi Slavço Georgievski deyib.
Makedoniyalı futbolçu klubun rəsmi saytına açıqlamasında "Qəbələ" ilə qarşıdan gələn görüş haqda da fikirlərini bildirib: "Qəbələ" ilə oyuna ciddi hazırlaşırıq. Artıq xal itirməyə haqqımız yoxdur. Çempionluğa oynayırıq, buna görə də hər oyunda qələbə qazanmağa çalışırıq. "Qəbələ" ilə oyun da istisna deyil. İnşalllah, qalib gələcəyik".
