16 sentyabr 2011 02:33

Beşiktaş Maccabidən XL-ın qisasını 5 qolla aldı (YENİLƏNİB)

Çempionlar Liqasının ardınca bu gün UEFA Avropa Liqasında da 2011/12 mövsümünün qrup mərhələsinin oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, ÇL-dən sonra qitənin ən baxımlı klub turniri olan Avroliqada bütün görüşlər eyni gündə keçirilib.
 
Bu qarşılaşmalar arasında azərbaycanlı futbolsevərləri yaxından maraqlandıran bir qarşılaşma da vardı. Bu, qardaş Türkiyənin “Beşiktaş” klubunun İsrail “Maccabi”si ilə oyunuydu. Təl-Əviv təmsilçisi “Xəzər Lənkəran”ı bu turnirdən kənarlaşdırdığından, hamımız “qara qartal”ın layiqli qisas almasını gözləyirdik. Türkiyə təmsilçisi sərgilədiyi oyunla həm "Xəzər Lənkəran"ın qisasını almış oldu, həm də gərgin münasibətlərdə olduğu İsrailə bir növ ölkəsinin gücünü göstərdi.
 
“Qarabağ”ın yolunu kəsən Belçika “Brugge”si isə doğma meydanda “Maribor”la qarşılaşdı və 2 cavabsız qolla qələbə qazandı. Gecənin iki görüşündə hesab açılmadı. Almaniyada "Hannover"lə "Standard", Rumıniyada isə "Steaua" ilə "Schalke" meydanı qol vurmadan tərk etdi. Qalan bütün görüşlərdə isə azarkeşlər qol görə bildilər.
 
Əsas sensasiyalardan biri İngiltərənin "Birmingham" klubunun evdə "Braga"ya ağır məğlubiyyəti sayıla bilər. Bundan əlavə "Metallist" səfərdə məğlub olduğu "Austria" üzərində əzmkar qələbəsiylə diqqət çəkdi. "Lazion"un evdə "Vasuli"a məğlubiyyətdən son anda yaxa qurtarması da xüsusi qeyd oluna bilər.
 
Baş tutan bütün qarşılaşmaların nəticələri və vurulan qollarla aşağıda tanış ola bilərsiz.
 
Avropa Liqası
15 sentyabr
 
A qrupu
 
PAOK (Yunanıstan) - Tottenham (İngiltərə) - 0:0 (0:0)
 
Shamrock Rovers (İrlandiya) - Rubin (Rusiya) - 0:3 (0:1)
Qollar: Martins, 3, Noboa, 50, Gökdeniz, 60.
Matçın 36-cı dəqiqəsində qonaqların oyunçusu Valdes penaltidən yararlana bilməyib
 
B qrupu
 
Copenhagen (Danimarka) - Vorskla (Ukrayna) - 1:0 (0:0)
Qol: Nordstrand, 54.
 
Hannover (Almaniya) – Standard (Belçika) - 0:0 (0:0)
 
C qrupu

Hapoel (Təl-Əviv, İsrail) - Rapid (Rumıniya) - 0:1 (0:0)
Qol: Herea, 55.

PSV (Hollandiya) - Legia (Polşa) - 1:0 (1:0)
Qol: Mertens, 21.
 
D qrupu
 
Lazio (İtaliya) – Vaslui (Rumıniya) - 2:2 (1:0)
Qollar: Sisse, 35-pen, Skulli, 71 - Uesli, 59; 63-pen.
 
Zurich (İsveçrə) - Sporting (Portuqaliya) - 0:2 (0:2)
Qollar: İnsua, 4, Volvsvinkel, 21.
 
E qrupu
 
Beşiktaş (Türkiyə) - Maccabi (Təl-Əviv, İsrail) - 5:1 (2:0)
Qollar: Almeyda, 3; 28, Aurelio, 50, Egemen, 53, Edu, 88 - Kehat, 49.

Dinamo (Kiyev) - Stoke City (İngiltərə) - 1:1 (0:0)
Qollar: Vukoyeviç, 90+1 - Jerom, 55.
 
F qrupu
 
PSG (Fransa) – Salzburg (Avstriya) - 3:1 (2:0)
Qollar: Nene, 35-pen, Bodmer, 44, Menes, 67 - Şyemer, 87.
 
Slovan (Slovakiya) - Athletic (İspaniya) - 1:2 (1:2)
Qollar: Quede, 34 - Susaeta, 13, Muniayn, 40.
 
G qrupu
 
Austria (Avstriya) – Metallist (Ukrayna) - 1:2 (1:0)
Qollar: Yun, 7 - Queye, 56, Kleyton, 79-pen.
 
Alkmaar (Hollandiya) - Malmo (İsveç) - 4:1 (3:0)
Qollar: Altidor, 21, Elm, 33, Maher, 39, Holman, 49 - Larsson, 72-pen.
 
H qrupu

Birmingham (İngiltərə) – Braga (Portuqaliya) - 1:3 (0:1)
Qollar: Kinq, 71 - Barbosa, 7; 88, Lima, 59.
 
Brugge (Belçika) – Maribor (Sloveniya) - 2:0 (2:0)
Qollar: Ocica, 7, Dirar, 24.
 
I qrupu

Atletico (İspaniya) – Celtic (Şotlandiya) - 2:0 (1:0)
Qollar: Falkao, 3, Dieqo, 68.
 
Udinese (İtaliya) – Rennes (Fransa) - 2:1 (1:1)
Qollar: Di Natale, 39, Armero, 83 - Haci, 19.

J qrupu

Maccabi (Hayfa, İsrail) - AEK (Kipr) - 1:0 (0:0)
Qol: Qadir, 54.
 
Steaua (Rumıniya) – Schalke (Almaniya) - 0:0 (0:0)
 
K qrupu

Fulham (İngiltərə) - Twente (Hollandiya) - 1:1 (1:1)
Qollar: Conson, 19 - De Yonq, 41.
 
Wisla (Polşa) – Odense (Danimarka) - 1:3 (0:1)
Qollar: Kirm, 54 - Yohansson, 36, Utaka, 80, Falk, 90+2.
 
L qrupu

Anderlecht (Belçika) - AEK (Yunanıstan) - 4:1 (3:1)
Qollar: Suares, 16; 40 84, Yovanoviç, 33 - Leonardo, 36.
 
Sturm Graz (Avstriya) - Lokomotiv (Moskva, Rusiya) - 1:2 (1:2)
Qollar: Sobiç, 14 - Obinna, 28, Siçov, 29.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.