15 sentyabr 2011 01:46
Vaqif Cavadovdan xeyirxah addım (FOTOLAR)
Rusiyanın “Volqa” klubunun məşqçi və futbolçu heyəti Nijni Novqorodda yerləşən eşitmə qüsurlu uşaqlar üçün internat-məktəbdə qonaq olublar. Azerisport.az xəbər verir ki, onların arasında Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadov da olub. Müxtəlif vasitələrlə uşaqları əyləndirməyə çalışan və onlara fərqli bir gün yaşadan “Volqa”nın həmin xeyirxah addımından hazırlanan fotoreportajla sizi də tanış edirik.
