14 sentyabr 2011 00:28
Ruslan Abışov: Üzərimdə psixoloji təzyiq var
“Neftçi”nin və yığma komandamızın müdafiəçisi Ruslan Abışov azerisport.az saytına müsahibəsində “Xəzər Lənkəran”la son oyunlarından, eləcə də İsveçin “Orebro” klubuna baş tutmayan transferindən danışıb.
- Son iki turda “Neftçi” AZAL (1:3) və “Xəzər Lənkəran”a (0:1) məğlub oldu. Nə problem var?
- Lənkərana biz qələbə üçün getmişdik. Təəssüf ki, istədiyimiz nəticəyə nail ola bilmədik. Baxımlı oyun alınmadı. Görüşün taleyini bir qol həll etdi. İstəməzdim ki, hər şeyə belə qurtarsın. Lakin futbolda nə olacağını öncədən müəyyənləşdirmək çətindi. Hesab edirəm ki, bu oyunda daha ədalətli nəticə heç-heçə olardı. Hər iki komanda bərabər səviyyəli oyun sərgiləyirdi. Məğlubiyyətə layiq deyildik.

- Yeganə qolu da siz öz qapınızdan keçirdiniz...
- Orda qapıçıyla aramızda anlaşılmazlıq oldu. Ona görə də elə uğursuzluq yaşadıq. Təsadüfi avtoqol oldu. “Xəzər Lənkəran” bəxti sayəsində qələbə qazandı. Ondan sonra nə qədər qol vəziyyətlərimiz olsa da, istifadə edə bilmədik. Lənkəranlılar belə qələbəyə layiq deyildilər. Yenə deyirəm, ən ədalətli nəticə heç-heçə idi. Çünki rəqibdən heç də pis oynamırdıq.
- Yəqin ki, ardıcıl iki məğlubiyyət düşünməyə vadar edir...
- Heç kim gözləmirdi ki, biz AZAL-dan sonra “Xəzər Lənkəran”a da uduzarıq. Artıq özümüzə gəlmək vaxtıdı. Hər bir komandada uğursuz oyunlar olur. Qarşıdakı “Qəbələ” ilə oyun bizim üçün böyük əhəmiyyət kəsb edir. Biz sadəcə qələbə qazanmağa və sübut etməyə borcluyuq ki, bu uğursuzluqlar təsadüf idi. Xüsusilə, son məğlubiyyət bizim üçün dərs olmalıdı.
- Son dövrlər sizin də oyununuzda əminlik çatışmır. Öz oyununuzun zəifləməsi nə ilə bağlıdı?
- Bəziləri elə hesab edir ki, bu, yorğunluqla bağlıdı. Amma bu, elə deyil. Sadəcə, üzərimdə psixoloji təzyiq var. Mənim “Orebro”ya transferim həll olunmuş məsələydi. Hətta azarkeşlərlə, komanda yoldaşlarımla vidalaşmışdım. Özüm də belə alınacağını gözləməzdim. Buna görə hər şeyi gizli saxlamaq istəyirdim, müqavilədən sonra açıqlamağı düşünürdüm. Amma hər şey fərqli alındı. Bütün bunlar mənə çox pis təsir etdi. Lakin artıq bütün fikirlərim “Neftçi”nin oyunlarına yönəlib.

- “Qəbələ” ilə oyundan nə gözləyirsiz?
- Onların bir neçə oyununa baxmışam. İndi ötən mövsümdəkindən daha yaxşı oynayırlar. Amma biz istənilən halda qələbə qazanmalıyıq. “Neftçi” üçün iki məğlubiyyət kifayətdi. Bilirəm ki, “Qəbələ” ilə oyun bizim üçün də asan olmayacaq.

- Rəqibin heyətində kimi qeyd edərdiniz?
- “Qəbələ”nin heyətində bir neçə yaxşı futbolçu var. Ad açıqlamaq istəməzdim. Ən aparıcı oyunçuları Mahir Şükürovdu. Amma digərlərini də unutmaq lazım deyil.

- Azərbaycan yığmasının qarşıdakı oyunları ilə bağlı nə düşünürsüz?
- Belçika və Qazaxıstanla oyunlarda 4 xal qazandıqdan sonra bizdə özünəinam artıb. Avstriya ilə oyunda ancaq qələbə üçün mübarizə aparacağıq. Yığma azarkeşlərini yenə sevindirə bilər. Odu ki, biz tsiklin sonunda qapını möhkəm çırpmaq istəyirik.