14 sentyabr 2011 00:34
Girt Karlson: Daha çox qol vurmaq lazımdı
“İnter”in hücumçusu Girt Karlson “Simurq”la matç barədə danışıb, qarşıdan gələn “Sumqayıt Şəhər” komandasıyla oyun haqqında fikirlərini açıqlayıb. Azerisport.az onun bəzi fikirləri ilə sizi də tanış edir.
- Öncə “Simurq”la matç barədə fikrini bilmək istərdik...
- Oyun asan olmadı. Əgər matçın əvvəlində Elnur Abdulov vəziyyətdən yararlana bilsəydi, o zaman bizim üçün daha asan olardı. Rəqibin kifayət qədər ciddi kökləndiyi görünürdü.
- “İnter” bu oyuna Gürcüstanda hazırlaşmışdı. Bu təlim-məşq toplanışı komandanın növbəti oyunlarına necə təsir göstərəcək?
- Biz Gürcüstanda yaxşı hazırlaşdıq. Orada lazımi şərait vardı. İndi elə etmək lazımdır ki, hazırlıq hədər yerə getməsin. Bu hazırlığın “Simurq”la oyunda bizə nə dərəcədə kömək etməsindən danışmaq çətindi, lakin istənilən halda bizə əlverişli vəziyyətlər yaratmaq və daha çox qol vurmaq lazımdı.
- “Sumqayıt Şəhər”lə keçiriləcək oyun barədə fikirlərini bilmək istərdik...
- Son oyunu onlar uğurla başa vurublar, onların qapıçısı əla oynadı. Biz səfərə 3 xal ardınca gedirik, ancaq bilirsiniz, top yumrudu və futbolda hər şey olur. (Klubun rəsmi saytı)
