14 sentyabr 2011 12:38
Uinston Parks: XL artıq keçmişdə qalıb
“Bakı”nın hücumçusu Uinston Parks azerisport.az saytının suallarını cavablandırıb.
- “Rəvan”la oyunda çətinliklə də olsa, qələbə qazana bildiniz...
- Biz hamımız bu qələbəyə görə çox şadıq. Yaxşı ki, “Rəvan”ı məğlub edə bildik. Bu qələbə komandadakı inamı daha da artırdı. Amma bizə hələ çox işləmək, oyun keyfiyyətini daha da artırmağımız lazımdı.
- Öz oyununuzu necə qiymətləndirərdiz?
- Hesab edirəm ki, yavaş-yavaş öz əvvəlki formama qayıdıram. Oyundan-oyuna mənim də çıxışım yaxşılığa doğru dəyişir. Düzdü, hələlik qol vura bilməmişəm. Amma əsas komandanın qələbəsinə töhvə verməkdi. Əminəm ki, yaxın gələcəkdə daha yaxşı oynamağa başlayacağam.

- Birinci hissəni çox əla keçirsəz də, bunu ikinci hissədə sərgilədiyiniz oyuna qətiyyən aid etmək olmaz.
- Düzdü. Məncə, bu, ilk növbədə əksər futbolçularımızın yığmanın düşərgəsindən yenicə qayıtması ilə bağlı idi. Amma çox yaxşı ki, hər şeyə rəğmən qələbə qazanmağı bacardıq.
- Yeri gəlmişkən, siz də Kosta-Rika yığmasıyla Ekvaroda qarşı oynadınız və 0:4 hesablı məğlubiyyətlə üzləşdiniz...
- Bu, sadəcə yoldaşlıq oyunu idi. Heç bir ciddi önəm daşımırdı. Odu ki, həmin yenilginin “Bakı”dakı çıxışıma hansısa dərəcədə təsir etdiyini deməzdim.
- Hesab edirsiz ki, bu qələbə ilə “Bakı”nın mövsümün əvvəlində üzləşdiyi psixoloji sədd arxada qaldı?
- Bəli, əminəm ki, belə də olacaq. Artıq komanda yaxşı forma yığmağa başlayıb. Bizə sadəcə bir qədər vaxt lazımdı. Bu qələbənin gələcəkdə də bizə köməyi çox olacaq.
- Bəli, əminəm ki, belə də olacaq. Artıq komanda yaxşı forma yığmağa başlayıb. Bizə sadəcə bir qədər vaxt lazımdı. Bu qələbənin gələcəkdə də bizə köməyi çox olacaq.
- “Xəzər Lənkəran”da çıxış edəndə daha çox tamaşaçınız vardı. Amma indi oxşar dəstəkdən məhrumsuz...
- “Xəzər Lənkəran” artıq keçmişdə qalıb. İndi mən “Bakı”da oynayıram. Əlbəttə, azarkeşlər azdı, amma şəxsən mən komanda üçün oynayıram.