14 sentyabr 2011 12:43
Neftçi Azərbaycan çempionu oldu (FOTOREPORTAJ)
Həvəskar komandalar arasında 13-cü ölkə çempionatı başa çatıb. Azerisport.az xəbər verir ki, AFFA Futbol Mərkəzindəki Dalğa Arenada keçirilən final oyununda «Çevik» və «Neftçi» komandaları qarşılaşıb. Əsas və əlavə vaxtda hesab açılmadığı üçün qalib penalti seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən «Neftçi» 9:8 hesabı ilə qalib gələrək çempion adını qazanıb. Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib.
