15 sentyabr 2011 13:25
Mahmud Qurbanov: Sərgilədiyimiz oyun qələbə üçün yetərli deyil
“Sumqayıt Şəhər”in təcrübəli futbolçusu Mahmud Qurbanov “İnter”lə oyundan (0:2) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- “Qarabağ”la oyundan sonra sizin “İnter”lə də oyunda sürprizə imza atacağınıza inananlar çox idi...
- Bu oyunumuz çətin alındı. “Qarabağ”la oyundan sonra komandada demək olar ki, güc qalmamışdı. Biz bütün gücümüzü onlarla oyunda meydanda ortaya qoymuşduq. Həmin oyunda bəxtimiz gətirdi, heç-heçə edə bildik. “Bankirlər”lə oyunda da pis təsir bağışlamadıq. Daha yaxşısına layiq idik, nəinki məğlubiyyətə.
- Nə çatışmadı?
- Ola bilsin ki, artıq bu fikirlər şablon kimi görünməyə başlayıb. Amma sadəcə təcrübə çatışmadı. İlk qol ümumiyyətlə, heç nədən buraxıldı. Hesab edirəm ki, qələbə qazanmalı olduğumuz oyun idi.
- Ola bilsin ki, artıq bu fikirlər şablon kimi görünməyə başlayıb. Amma sadəcə təcrübə çatışmadı. İlk qol ümumiyyətlə, heç nədən buraxıldı. Hesab edirəm ki, qələbə qazanmalı olduğumuz oyun idi.
- Amma buna baxmayaraq, ilk oyunlardan fərqli, son iki görüşdə komanda çox yaxşı təsir bağışlayıb...
- Gördüyünüz kimi, belə oyun da qələbə üçün yetərli deyil. Deməli, yenə işləmək lazımdı. Daha bir neçə tura ehtiyac var. 90 dəqiqə vuruşsaq da, artırmağımız vacibdi.
- Son pillədə olmağınız sizi məyus etmir?
- Bu, əlbəttə xoş amil deyil. Amma digər tərəfdən hələ mövsümün əvvəli olduğunu da unutmamalıyıq. Bir neçə qələbə çox şeyi dəyişə bilər. Komandadakı atmosfer də ümidvericidi.
- Hər halda şəxsən sizin üçün bu yerdə olmaq fərqli bir şeydi...
- Mən hara gəldiyimi bilirdim. Hər şeyə hazır idim. Əvvəllər qarşısına maksimum vəzifələr qoyan komandalarda çıxış edirdim. İndi belə klubda forma geysəm də, tezliklə üst pillələrə qalxmağımızı istərdim.
- Qarşıda sizi “Rəvan”la oyun gözləyir. Əsas rəqiblərinizdən sayılan bu komandayla oyundan nə gözləyirsiz?
- Bizim üçün bütün oyunlar vacib və çətindi. Mümkün qədər çox xal toplamaq istəyirik. Rəqibimiz də indiyə qədər cəmi 2 xal qazanıb. Amma onlar çox yaxşı futbol sərgiləyirlər.
- Bizim üçün bütün oyunlar vacib və çətindi. Mümkün qədər çox xal toplamaq istəyirik. Rəqibimiz də indiyə qədər cəmi 2 xal qazanıb. Amma onlar çox yaxşı futbol sərgiləyirlər.
