15 sentyabr 2011 14:01
AZAL İnterlə oyuna 2 ciddi itki ilə çıxacaq
AZAL Premyer Liqanın 6-cı turunun “İnter”lə oyununa 2 ciddi itki ilə çıxa bilər. Azerisport.az xəbər verir ki, kapitan Aqil Nəbiyevin zədəsi azmış kimi, daha bir futbolçu sıradan çıxıb.
Bu, “təyyarəçilər”in bolqarıstanlı müdafiəçisi Robert Petrovdu. O, son turun “Kəpəz”lə səfər oyununda (1:3)aldığı zədəni hələ də sağalda bilməyib.
Həm Nəbiyev, həm də Petrov hazırda müalicə olunur. Onların “İnter”lə paytaxt derbisinə çıxmaq şansı çox aşağı qiymətləndirilir.
