15 sentyabr 2011 15:16
AFFA Devid Bekhemi Bakıya gətirir
AFFA və UNİCEF birgə əməkdaşlıqları sayəsində dünyanın tanınmış futbolçularını Bakıya dəvət etməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, bu barədə UNİCEF-in Azərbaycandakı nümayəndəsi Hana Singer məlumat verib.
O, qeyd edib ki, həmin ulduz futbolçular ölkəmizdə futbola marağı artırmaq üçün xüsusi master-klasslar keçməyə dəvət olunacaqlar. Onların arasında İspaniyanın “Barcelona”, İngiltərənin “Manchester United” klublarının tanınmış futbolçuları yer alacaq. Ulduz futbolçular arasında UNİCEF-lə yaxşı münasibətlərə malik Devid Bekhemin də ölkəmizə gəlişi gözlənilir.
AFFA-nın baş katibi Elxan Məmmədov isə ad çəkmək istəməyib: “Hazırda biz hələ onlarla danışıqlar aparırıq. Sadəcə, o məlumdu ki, Bakıya tanınmış futbolçular gələcəklər”. (1news)
