15 sentyabr 2011 16:45
Elxan Abdullayev: Həmin səhvləri İnterlə oyunda təkrarlamamalıyıq
AZAL-ın baş məşqçisi Elxan Abdullayev Premyer Liqanın həftəsonu keçiriləcək 6-cı turunun “İnter”lə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“İnter” hamının hörmət etdiyi komandadı, iki dəfə ölkə çempionu olub. Çox ciddi rəqibdi. Onlar üzərində qələbə qazanmaq üçün bu oyuna çox yaxşı hazırlaşmaq lazımdı. Prinsipcə, biz elə belə də edirik. Sadəcə, bu oyuna itkilərlə hazırlaşırıq. Bu görüşü iki müdafiəçimiz – Aqil Nəbiyevlə Robert Petrov buraxmalı olacaq. Yəni optimal heyətlə oynaya bilməyəcəyimiz çox pisdi. Elə son turda “Kəpəz”ə məğlubiyyəti də mənfi amil kimi qiymətləndirmək olar. Amma bunu faciəyə çevirmək lazım deyil. Bu məğlubiyyəti tezliklə unudub, qarşıdakı oyuna hazırlaşmaq lazımdı. “Kəpəz”lə oyunu analiz etmişik, səhvlərimizi aşkarlamışıq. İndi sadəcə həmin səhvləri “İnter”lə oyunda təkrarlamamaq qalır”.