15 sentyabr 2011 18:08
Aleksandr Starkov: Bu, bizim üçün dərs olacaq
“Bakı”nın baş məşqçisi Aleksandr Starkov azerisport.az saytına müsahibəsində komandasının çıxışını dəyərləndirib.
- Latviya Futbol Federasiyası ilə müqavilənizin müddəti noyabrda başa çatacaq və onu yeniləməyəcəyiniz bildirilir. Sizcə, bu, “Bakı”nın xeyrinə olacaq?
- Hələ konkret heç nə deyə bilmərəm. Baxaq, görək nə olur.

- Geridə qalan 5 oyunda siz heyətdə çoxlu dəyişikliklərə əl atmısız. Hələ də, heyəti komplektləşdirə bilməmisiz?
- Xeyr, mən komandanın “özəy”ini müəyyənləşdirmişəm. Sadəcə, o, meydana müəyyən uyğunluqlarla çıxır. Yəni, “özək”20-22 futbolçudan ibarətdi. Əlbəttə, onların arasında tamamilə gənc olanlar da var. Nə vaxt ki, onları meydana buraxırsan, oyuna alışmaları üçün bir qədət vaxt lazım gəlir, çətin olur. Daha çox təcrübənin azlığı sözünü deyir. Amma məhz belə oyunlarda təcrübə toplamaq mümkündü. Bu, çox vacibdi.

- Son oyunlar komandanızın həm də müdafiə xəttinin inamlı olmamasını göstərdi...
- “Rəvan”la oyunun ilk yarısında müdafiə xətti mənim çox xoşuma gəldi. Amma ikinci hissədə futbolçularımız bir qədər arxayınlaşdılar. Məhz bunun sayəsində də qapımızda qollar gördük. Hər halda bu, bizim üçün dərs olacaq.
- Özü də hər şey rəqibin azlıqda qalmasından sonra başladı...
- İstənilən halda, bunun arxayınlaşmadan irəli gəldiyini düşünürəm. Bilirsiz, bu, hər komandada, futbolçuda olur. Təbii ki, bununla bağlı iş aparacağıq.
- Son dövrlər oyunlarınıza da az azarkeş gəlir. Sizcə, bu vəziyyəti dəyişmək üçün nə etmək lazımdı?
- Əlbəttə, ilk növbədə oyun keyfiyyətimizi yaxşılaşdırmalıyıq. Bizə “Rəvan”la oyunun ilk yarısında, “İnter”lə qarşılaşmada sərgilədiyimiz futbolu daim oynamaq lazımdı. Əlbəttə, komandanın yaranması qısa müddəydə alınmır.

- Yaxınlarda “Bakı”nın bazası açıldı. Moskva “Spartak”ında, “Skonto”da işləmiş mütəxəssis kimi bu bazanı gördüklərinizlə necə müqayisə edərdiniz?
- Hesab edirəm ki, “Bakı”nın hazırda əla bazası var. Həm peşəkar, həm də uşaq futbolçular üçün hər cür şərait yaradılıb. Xüsusilə də, uşaq futboluna yaradılan şəraiti qiymətləndirməmək olmaz. Hər cür şərait var.

- Belə çıxır ki, ancaq nəticə qazanmaq qalır?
- Bu da zamanla olacaq. Klubumuzun prezidenti Hafiz Məmmədov elə oriyentasiya aparır ki, məlum meyarlardan kənara çıxmaq mümkün deyil. Nəticədə keyfiyyətli iş görmək mümkündü. Əlbəttə, bazanın açılışına Azərbaycan prezidenti İlham Əliyevin gəlməsi də çox xoş oldu. Bir sözlə, təəssüratlar xoşdu.