15 sentyabr 2011 11:17
Yığmamız Türkiyəmspor üzərində qələbəyə sevindi
Almaniyanın Berlin şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, komandamızın rəqibi “Türkiyemspor”un U-17 komandası olub.
Qarşılaşma yığmamızın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu Əminə Heydərova vurub.
