15 sentyabr 2011 11:24
Azərbaycanlı futbolçular almanlara 6 cavabsız qol vurdular
Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, Təbriz Həsənovun yetirmələrinin rəqibi “Viktoria 01 Aschaffenburg” klubunun U-17 komandası olub.
Qarşılaşma yığmamızın 6:0 hesablı qələbəsi ilə başa çatıb. İki qolun müəllifi Ruslan Nəsirli olub. Kamran Abdullazadə, Namiq Ələsgərov, Ramin Şirinov və Şamil Camaləddinov hərəyə bir dəfə fərqlənib.
