15 sentyabr 2011 01:54
Qəbələnin sabiq forvardı Lokomotivdə
“Qəbələ”nin sabiq hücumçusu Con Kollins karyerasını Bolqarıstanda davam etdirə bilər. Azerisport.az xəbər verir ki, onun xidmətində Plovdiv “Lokomotiv”i maraqlıdı.
Hazırda tərəflər arasında danışıqlar gedir. İngiltərəli forvardın Bolqarıstan çempionatında top qovmaq şansı kifayət qədər yüksək qiymətləndirilir.
Xatırladaq ki, Kollins “Qəbələ”yə ötən mövsüm Toni Adams tərəfindən gətirilmişdi. Amma bölgə klubunda elə də parlaq oyunu ilə seçilməyən futbolçu ilə yayda yollar ayrılmışdı.
