15 sentyabr 2011 12:47
Fenerin futbolçusunun qabırğasını qırdılar
Zədəli futbolçuların çoxluğundan əziiyət çəkən Türkiyənin “Fenerbahçe” klubu daha bir bəd xəbərlə sarsılıb. Azerisport.az xəbər verir ki, komandanın aparıcı oyunçularından Gökhan Gönülün də ciddi zədə aldığı aşkarlanıb.
Belə ki, təcrübəli müdafiəçinin qabırğasında sınıq aşkar olunub. Belə olan halda futbolçu daha iki həftə yaşıl meydanlardan kənarda qalacaq.
Maraqlıdı ki, “Fənər” rəhbərliyi aparıcı oyunçularının zədələnməsində Türkiyə milli komandasının həkimlərini günahlandırıb. Xatırladaq ki, Gökhan hələ “sarı-lacivərdlilər”in “Werder”lə oynadığı yoldaşlıq matçında qabırğasından zədə almışdı. Ancaq buna baxmayaraq, yığmanın həkimlərinin müayinəsindən sonra Gönülün millinin düşərgəsinə qatılmmasında heç bir əngəl görülməmişdi.
Lakin millinin məşqi zamanı həmin nahiyyəsinə daha bir zərbə alan müdafiəçidə sınıq aşkarlanıb.
