16 sentyabr 2011 13:36
Qəbələnin sabiq forvardı rəsmən Lokomotivdə
“Qəbələ”nin sabiq hücumçusu Con Kollinsin karyerasını Bolqarıstanda davam etdirməsinin mümkünlüyü haqda xəbər vermişdik. Azerisport.az xəbər verir ki, artıq onun Plovdiv “Lokomotiv”inə keçidi rəsmiləşib.
Qeyd edək ki, son günlər tərəflər arasında danışıqlar gedirdi. İngiltərəli forvardın Bolqarıstan çempionatında top qovmaq şansı kifayət qədər yüksək qiymətləndirilirdi, sonda onun keçidi mümkün olub.
Xatırladaq ki, Kollins “Qəbələ”yə ötən mövsüm Toni Adams tərəfindən gətirilmişdi. Amma bölgə klubunda elə də parlaq oyunu ilə seçilməyən futbolçu ilə yayda yollar ayrılmışdı.
