16 sentyabr 2011 14:00

Mirhüseyn Seyidov: Neftçinin yeri ancaq birinci pillədi

“Neftçi”nin gənc yarımmüdafiəçisi Mirhüseyn Seyidov azerisport.az saytının suallarını cavablandırıb.
 
- “Neftçi” ardıcıl iki turdu məğlubiyyətlə üzləşir. Bunun səbəbi nədi?
- Səbəbini biz özümüz də bilmirik. AZAL-la oyunda öz öz səhvlərimizdən uduzduq. Lənkərandakı matça gəlincə... Böyük oyun tam fərqli də yekunlaşa bilərdi. Sadəcə, “Xəzər Lənkəran”ın bəxti gətirdi ki, 3 xal qazana bildi. Amma bu, həyatın sonu deyil. Oynamaq və xal qazanmaq lazımdı. “Neftçi” özünə gələ bilər. Yadımdadı, ötən mövsümün də əvvəlində xal itkilərimiz var idi. Sonda isə çempion olduq. İki məğlubiyyətə görə həvəsdən düşməyə dəyməz.
 
- Amma “Neftçi” Lənkərannda qələbəyə layiq oyun da sərgiləmədi...
- “Neftçi” ötən mövsümlə müqayisədə indi hücum futbolu sərgiləyir. Ola bilsin ki, hələ bütün oyunçular bu sxemə alışmadığından, səhvlərimiz olur. Hər halda komanda hücum futbolu oynayanda, çoxlu qol vəziyyətləri yaradanda, azarkeşlərin də xoşuna gəlir. Sadəcə, qol vəziyyətlərindən yararlanmaq yolundakı problemləri aradan qaldırmaq lazımdı. İndi Lənkərandakı məğlubiyyəti mümkün qədər tez unutmalıyıq. Bizim hələ onlarla Bakıda da oyunumuz var. Onda tam fərqli oyun olacaq. İstərdik ki, azarkeşlər “Neftçi”ni dəstəkləməyə davam etsinlər. Biz onların ümidlərini doğruldacağıq. Bütün favoritlər xal itirirlər. Sadəcə, komanda hazırda bir az qara zolağa düşüb.
 
- Qarşıdan “Qəbələ” ilə oyun gəlir...
- “Qəbələ” üzərində qələbə ilə hər şeyi unutdura bilərik. Bizə cəmi 1 qələbə lazımdı ki, hər şey qaydasına düşsün. “Qəbələ”nin yenilənmiş heyəti var. Onlar indi daha yaxşı oynamağa başlayıblar. Onların “Qarabağ”la, eləcə də digər oyunlarına baxmışam. Çox inamlı təsir bağışlayırlar. Onlarla oyunumuz asan olmayacaq. Amma “Neftçi” bu oyunda qələbə qazanmaqla göstərə bilər ki, medallara şansını qətiyyən itirməyib.
 
- Rəqibin heyətində kimi xüsusi qeyd edərdiniz?
- Vurğun Hüseynovun oyunu xoşuma gəlir. O, yığmada da yaxşı oyun sərgiləyir. Dodonu da “Qəbələ”nin ən yaxşılarından hesab edirəm. Legionerlərinin böyük təcrübəsi var. Bütün bunlar bir daha göstərir ki, “Qəbələ”ni çox ciddi rəqib kimi qəbul etməliyik. İki məğlubiyyətdən sonra bizə ancaq qələbə lazımdı. Bütün komanda bunu gözəl başa düşür.
 
- Mətbuatda bildirilir ki, Böyükağa Hacıyev sizə ağır məşqlər keçir və yorğun olduğunuz üçün belə uğursuz çıxış edirsiz...
- Məşq etmək və oynamaq bizim işimizdi. Buna görə də məşqçinin tapşırıqlarını yerinə yetirmək borcumuzdu. Həm də unutmaq lazım deyil ki, “Neftçi” son ölkə çempionudu. Hələ cəmi 5 tur arxada qalııb. Qarşıda qələbə qazanacağımız çoxlu oyunlar var.
 
- “Neftçi”nin hazırda turnir cədvəlinin ortalarında yer almasını necə qəbul edirsiz?
- Biz bunu aradan qaldıracağıq. “Neftçi”nin yeri ancaq birinci pillədi. Mən son dövrlər turnir cədvəlinə baxa bilmirəm. “Neftçi” hazırda tutmalı olduğu yerdə deyil. Amma tezliklə turnir cədvəlinin üst pillələrinə qalxacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.